SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Nobel Energydə daha bir TƏYİNAT

"Nobel Energy"də daha bir TƏYİNAT

  • 05 oktyabr 2026, 11:19

"Nobel Energy" şirkətində yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əli Məmmədzadə şirkətdə Qrup üzrə maliyyə direktorunun müavini vəzifəsinə təyin olunub.

O, "Prime Light" LLC şirkətində Müşahidə Şurasının üzvü, "Inviglob Family Office"də isə Maliyyə meneceri vəzifələrində fəaliyyət göstərib.

Əli Məmmədzadə bundan əvvəl SOCAR AQS-də Direktorlar Şurasının üzvü olub. 2020–2025-ci illərdə isə SOCAR AQS International DMCC şirkətində İcraçı direktor vəzifəsini tutub.

Məmmədzadə 2020–2025-ci illərdə SOCAR AQS-də Hesabatlılıq və büdcələşdirmə bölməsinin rəhbəri kimi də çalışıb. Daha əvvəl, 2019–2020-ci illərdə Nobel Oil Services (UK) Ltd. şirkətində Baş maliyyə hesabatlılığı və büdcələşdirmə analitiki vəzifəsində işləyib.

Əli MəmmədzadəƏli Məmmədzadə

Qeyd edək ki, Xəzər regionunda və ondan kənarda enerji sahəsində inteqrə olunmuş xidmətlər göstərən “Nobel Energy” şirkətlər qrupunda daha bir təyinat olmuşdu - Fuad Mirzəyev İstedadların idarəedilməsi bölməsinin rəhbəri təyin edilmişdi.  

Skat.az - Ev və Avtomobil elanları