İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin (ABİF) 1 180 929 648 manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 manat olan 1 180 929 648 ədəd səhm əsasında formalaşıb.
Bu barədə Yurd.Media-ya Fonddakı mənbə məlumat verib.
Xatırladaq ki, ABİF Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərmanı əsasında, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşdirilməsi ilə yaradılıb.