SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Polietilen məhsul istehsalçısının külli miqdarda borcu üzə çıxdı

Polietilen məhsul istehsalçısının külli miqdarda borcu üzə çıxdı

  • 22 noyabr 2026, 14:28

Plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğul olan “Azplasttech” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə külli miqdarda borcu var.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 781,4 min manat təşkil edir.

“Azplasttech” MMC-nin nizamnamə kapitalı 10 manatdır.

Müəssisə sənaye streç filmləri, yapışqan lentlər, qida qablaşdırma materialları və polietilen məhsullarının istehsalı üzrə ixtisaslaşıb.

Qeyd edək ki, şirkətin direktoru Əfsun Orucov daha əvvəl istehsal sahəsində yaranan çətinliklərlə bağlı hökumətə müraciət edərək idxal olunan xammala tətbiq edilən gömrük rüsumlarından şikayətlənib.

O bildirib ki, müəssisəyə 2 milyon manata yaxın investisiya yatırılıb. Lakin istehsal xərclərinin artması və xarici məhsullarla rəqabət səbəbindən işçilərin sayı azaldılaraq 35 nəfərə endirilib.

Skat.az - Ev və Avtomobil elanları