SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Şüşə zavodunun borcu 1 milyon manata çatır

Şüşə zavodunun borcu 1 milyon manata çatır

  • 22 noyabr 2026, 10:32
Bakı

Bu il yenidən özəlləşdirilən “Qaradağ Şüşə Zavodu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) dövlətə vergi borcu artıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, müəssisənin vergi borcu 944 min manata çatıb. Oktyabrın əvvəlindən bəri şirkətin borcu 20 min manata qədər artıb.

Qeyd edək ki, “Qaradağ Şüşə Zavodu” ASC-nin nizamnamə kapitalı 35,9 milyon manatdır. Müəssisənin direktoru Ələsgər Mehdiyevdir.

Zavodun dövlətə məxsus səhmləri 2023-cü ildə “Glass Vay” MMC-yə satılıb. Həmin vaxt investor dövlət büdcəsinə 20 milyon manat ödəmək və zavoda 10,5 milyon manat investisiya yatırmaq öhdəliyi götürüb.

2026-cı ildə isə zavod yenidən özəlləşdirməyə çıxarılıb. Bu dəfə keçirilən investisiya müsabiqəsinin qalibi “Nort Vest Konstrakşn” MMC olub. İyunun 23-də imzalanan müqaviləyə əsasən, şirkət dövlət büdcəsinə 20 milyon manat ödəməli və müəssisəyə 16,4 milyon manat investisiya yatırmalıdır.

Özəlləşdirmə elanında zavodun ümumi öhdəliklərinin 3 milyon 929 min manat olduğu göstərilib.

Qeyd edək ki, Qaradağ rayonunda yerləşən müəssisə müxtəlif həcmli şüşə butulka və bankaların istehsalı üzrə ixtisaslaşıb. Zavodun istehsal gücü gündə 120 ton maye şüşə təşkil edir.

Skat.az - Ev və Avtomobil elanları