SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Qəbələ Quşçuluq”un vergi borcu yenidən artır

“Qəbələ Quşçuluq”un vergi borcu yenidən artır

  • 21 noyabr 2026, 15:51
Qəbələ

“Qəbələ Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) dövlətə vergi borcu artıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, müəssisənin vergi borcu ayın əvvəlindən 27 faiz artaraq 36,7 min manata çatıb.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Qəbələ Quşçuluq” ASC-nin nizamnamə kapitalı 93,3 min manatdır. Müəssisənin direktoru Yavər İbrahimovdur.

Qəbələ rayonunun Böyük Əmili kəndində yerləşən müəssisə quş əti və yarımfabrikat məhsullarının istehsalı ilə məşğuldur. Şirkət daha əvvəl “Qəbələ Premium” brendi altında məhsullar istehsal edib.

“Qəbələ Quşçuluq” ASC 2016-cı ildə Rusiyaya quş əti məhsullarının ixracına icazə verilən Azərbaycan müəssisələri sırasına daxil edilib.

Şirkətin 2014-cü il üzrə açıqladığı maliyyə hesabatına görə, 8,16 milyon manatlıq aktivləri, 9,61 milyon manatlıq öhdəlikləri və 315,5 min manat xalis zərəri olduğu göstərilib.

Skat.az - Ev və Avtomobil elanları