SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Rauf Atakişiyev Kapital Bankda maliyyə direktoru təyin olunub

Rauf Atakişiyev "Kapital Bank"da maliyyə direktoru təyin olunub

  • 20 noyabr 2026, 08:51

"Kapital Bank"da yeni təyinat baş tutub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Rauf Atakişiyev "Kapital Bank"da Baş maliyyə inzibatçısı və İdarə Heyətinin üzvü vəzifəsində fəaliyyətə başlayıb.

O, bundan əvvəl 2021-ci ilin noyabrından 2026-cı ilin iyulunadək “KPMG Azerbaijan” şirkətində tərəfdaş və Konsaltinq xidmətləri üzrə rəhbər olub.

Rauf Atakişiyev 2019-cu ilin iyunundan 2021-ci ilin noyabrınadək Sumqayıt Texnologiyalar Parkında maliyyə direktoru və İdarə Heyətinin üzvü, 2018-ci ilin mayından 2019-cu ilin iyun ayınadək isə “Avrora Group”da baş direktorun müavini vəzifəsində çalışıb.

O, 2017-ci ilin mayından 2018-ci ilin mayınadək “Deloitte UK” şirkətində audit üzrə baş menecer kimi fəaliyyət göstərib. 2015-ci ilin sentyabrından 2017-ci ilin mayınadək “Deloitte”un Bakı ofisində audit və konsaltinq üzrə direktor, 2013-cü ilin sentyabrından 2015-ci ilin sentyabrınadək Moskva ofisində audit üzrə baş menecer, 2010-cu ilin sentyabrından 2013-cü ilin sentyabrınadək isə Bakı ofisində audit meneceri olub.

Rauf Atakişiyev 2009-cu ilin iyunundan 2010-cu ilin sentyabrınadək “AXA MBASK” ASC-də maliyyə direktoru və İdarə Heyətinin üzvü vəzifəsini tutub. Bundan əvvəl, 2006-2009-cu illərdə “Deloitte Azerbaijan” şirkətində audit üzrə baş mütəxəssis, 2005-ci ilin iyunundan 2007-ci ilin martınadək isə “PricewaterhouseCoopers” şirkətində maliyyə nəzarətçisi kimi çalışıb.

Rauf AtakişiyevRauf Atakişiyev

Skat.az - Ev və Avtomobil elanları