“Global Transaction” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin fəaliyyəti noyabr ayında dondurulub.
Müəssisənin dövlətə 20 min manat vergi borcu da var.
Qeyd edək ki, 2020-ci ildə yaradılan “Global Transaction” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin direktoru Kamran Həsənovdur.
Şirkət yükdaşıma, xüsusi texnikanın istismarı və tikinti sahəsində xidmətlər göstərib.
Xatırladaq ki, 2024-cü ildə “Azenco” ASC şirkətə qarşı Bakı Kommersiya Məhkəməsində icarə müqavilələrindən irəli gələn öhdəliklərlə bağlı iddia qaldırmışdı.