Azərbaycanda marketinq və sosial araşdırmalar sahəsində fəaliyyət göstərən “Business Insight IRG” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) böyük həcmdə vergi borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin dövlətə vergi borcu 200 min manatı ötüb.
Qeyd edək ki, “Business Insight IRG” MMC-nin nizamnamə kapitalı 20 manatdır. Şirkətin direktoru Rəkam Bağırovdur.
“Business Insight IRG” bazar və sosial-iqtisadi araşdırmalar, müştəri loyallığı proqramlarının idarə edilməsi, marketinq və biznes konsaltinq xidmətləri sahəsində fəaliyyət göstərir. Şirkət yerli və xarici müəssisələr üçün müxtəlif tədqiqatlar həyata keçirir.
Şirkətin məlumatına görə, “Business Insight” 1998-ci ildən fəaliyyət göstərir.
Qeyd edək ki, “Business Insight IRG” MMC daha əvvəl bank sektorunda da araşdırma layihələri həyata keçirib.