Azərbaycanda çoxmərtəbəli binalar inşa edən "A Class Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırdığını elan edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət bu aydan etibarən işini dondurub.
Qeyd edək ki, tikinti, təmir, dizayn və evlərin, binaların, bağ evlərinin inşası sahəsində fəaliyyət göstərən "A Class Construction" MMC 2021-ci ildə yaradılmışdı, direktoru Fuad Qurbanovdur.
Şirkətin 20 manat nizamnamə kapitalı və hazırda 74 min manat vergi borcu var.