SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Reklam şirkətinin borcu yarım milyon manatı aşdı

Reklam şirkətinin borcu yarım milyon manatı aşdı

  • 15 noyabr 2026, 15:47

Azərbaycanda reklam və marketinq xidmətləri sahəsində fəaliyyət göstərən “Tayms Konsaltinq LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) böyük həcmdə vergi borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin dövlətə vergi borcu 558 min manata çatıb.

Qeyd edək ki, iki ay əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Tayms Konsaltinq LTD” MMC üçün 7 milyon ABŞ dollarınadək kredit layihəsini təsdiqləyib. Vəsaitin yeni rəqəmsal reklam ekranlarının quraşdırılması, mövcud borcların yenidən maliyyələşdirilməsi və dövriyyə kapitalının təmin olunmasına yönəldilməsi nəzərdə tutulub.

2007-ci ildən fəaliyyət göstərən “Tayms Konsaltinq LTD” MMC-nin nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Elqar Bağırovdur.

Şirkət əsasən açıq hava reklamlarının yerləşdirilməsi, reklam daşıyıcılarının satışı, reklam istehsalı, dizayn və marketinq xidmətləri ilə məşğuldur.

Xatırladaq ki, 2024-cü ilin iyulunda “Tayms Konsaltinq LTD” MMC məcburi auditdən yayınma ilə bağlı inzibati xəta üzrə məhkəməyə verilib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib olunub və iş Binəqədi Rayon Məhkəməsinə göndərilib.

2025-ci ilin fevralında isə şirkət gömrük qaydalarının pozulmasına görə cərimələnib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC-yə inzibati tənbeh tətbiq edilib.

Skat.az - Ev və Avtomobil elanları