SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Bölgələrdə işçilərlə əməkhaqqı problemi yaşayan şirkətin 1 milyon manat borcu yarandı

Bölgələrdə işçilərlə əməkhaqqı problemi yaşayan şirkətin 1 milyon manat borcu yarandı

  • 15 noyabr 2026, 09:51

“Upsilon” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin dövlətə vergi borcu 1 milyon manatı ötüb.

Qeyd edək ki, 2017-ci ildən fəaliyyət göstərən “Upsilon” MMC-nin nizamnamə kapitalı 29 640 manatdır. Şirkətin direktoru Bəhruz Məmmədovdur.

Şirkət əsasən tikinti, mülki və sənaye təyinatlı binaların inşası, eləcə də telekommunikasiya infrastrukturunun qurulması sahəsində fəaliyyət göstərir. “Upsilon” MMC məktəblərin, parkların, ofislərin və digər obyektlərin tikintisi üzrə layihələr həyata keçirib.

Xatırladaq ki, şirkət daha əvvəl işçilərin əməkhaqlarının ödənilməməsi ilə bağlı şikayətlərlə gündəmə gəlib. 2024-cü ilin dekabrında yayılan məlumatlara görə, regionlarda internet xətlərinin çəkilməsi işlərinə cəlb edilən 60-a yaxın şəxs bir neçə ay əməkhaqqını ala bilmədiyini bildirib.

2026-cı ilin aprelində isə Lerik rayonunda internet xətlərinin çəkilməsi işlərində çalışan şəxslərin oxşar şikayətləri yayılıb.

Skat.az - Ev və Avtomobil elanları