"Aytac-91 Firması" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Sumqayıt şəhərində yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyəti, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması sahəsində ixtisaslaşmış "Aytac-91 Firması" MMC bu aydan etibarən işini dondurub.
Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən şirkətin direktoru Zaur Tağıyevdir. Firmanın YDM-dən başqa Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, İnşaatçılar küçəsi 20 ünvanında qaz doldurma məntəqəsi də fəaliyyət göstərib.
Hazırda "Aytac-91 Firması" MMC-nin 1,2 milyon manat vergi borcu var.