SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
A+CO şirkətinin maliyyə göstəriciləri bu il də üzü aşağı gedir

"A+CO" şirkətinin maliyyə göstəriciləri bu il də üzü aşağı gedir

  • 11 noyabr 2026, 17:45

"A+CO" ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,65 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% azdır.

Bu il iyulun əvvəlinə "A+CO"nun aktivləri ötən il iyulun əvvəlinə nisbətən 7,2% az – 90,4 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 87,6 milyon manat (8,1% az), balans kapitalı isə 2,8 milyon manat (35,6% çox), o cümlədən nizamnamə kapitalı 0,2 milyon manat (dəyişməyib) olub.

Xırdalan şərab zavodunun bazasında fəaliyyət göstərən, alkoqollu və alkoqolsuz içkilərin istehsalı ilə məşğul olan "A+CO" şirkətinin sahibi Elbrus Nəbiyevdir.

Qeyd edək ki, "A+CO" ASC-nin 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərinə görə də xalis mənfəəti 45,1% azalmışdı.

Skat.az - Ev və Avtomobil elanları