“Agro Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru dəyişib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Agro Solutions” MMC-də Şəhri̇yar İsmayilovun yerinə qanuni təmsilçi kimi Rauf Hüseynli̇ təyin olunub.
Qeyd edək ki, şirkət təsis ediləndən bəri Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsal Birliyini (MKTİB) bitkilərlə təmin edir.
Belə ki, bu il Gəncə MKTİB müxtəlif növ dərman, gübrə, ştil və toxumların satın alınması ilə bağlı keçirdiyi satınalma müsabiqəsinin qalibi olan “Agro Solutions” MMC-yə 208 min manat ödəyib.
Gəncədəki qurum ötən il də müxtəlif ağac, gül və kolların alınması ilə bağlı həmin şirkətə 229 min manat ödəmişdi.
“Agro Solutions” MMC 2023-cü ildə təsis edilib, nizamnamə kapitalı 20 manat təşkil edir. Hazırda şirkətin dövlətə 3500 manat vergi borcu var.