SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
3,5 milyon manatlıq şirkət fəaliyyətini dayandırdı

3,5 milyon manatlıq şirkət fəaliyyətini dayandırdı

  • 20 noyabr 2026, 18:12

Azərbaycanda tikinti materiallarının idxalı və satışı ilə məşğul olan “Palıd-2015” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi ödəyicisi statusu bu həftədən etibarən passivdir.

Qeyd edək ki, 2015-ci ildə yaradılan “Palıd-2015” MMC-nin hüquqi ünvanı Samux rayonunun Ziyadlı kəndində yerləşir. Şirkətin direktoru Emil Mikayılovdur.

Şirkət noyabrın 12-də kapitalını 3 milyon 516 min manatdan 10 manata endirdiyini elan edib.

“Palıd-2015” müxtəlif tikinti materialları və aksessuarlarının idxalı ilə məşğul olub. Şirkət “Egger”, “AGT”, “Lineplast”, “Yıldız Entegre” və “Albero” kimi beynəlxalq brendlərin Azərbaycandakı rəsmi nümayəndəsi kimi fəaliyyət göstərib.

2025-ci ildə “Palid Company” MMC-nin “Palıd-2015” MMC-yə qoşulması nəticəsində şirkət yenidən təşkil olunub. Birləşmə çərçivəsində “Palid Company” MMC-nin ləğvi elan edilib.

“Palıd-2015” daha əvvəl dövlət satınalmalarında da iştirak edib. 2022-ci ildə Abşeron Suvarma Sistemləri İdarəsi ilə suvarma infrastrukturu üçün materialların alınmasına dair 30 976 manatlıq müqavilə bağlayıb.

Skat.az - Ev və Avtomobil elanları