Sumqayıtda fəaliyyət göstərən “Global İn Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkətdə yoxlama aparılıb.
Məlum olub ki, MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə “Global İn Group” 1500 manat cərimə olunub.
Qeyd edək ki, bu il həmçinin şirkət xaricə 106 min avro məbləğində pul köçürüb, həmin məbləğdə malların ölkəyə idxal edilməməsinə görə də 21 min avro məbləğində cərimələnmişdi.
"Global İn Group" MMC 2012-ci ildən Azərbaycanda stabilizatorlar (təmzimləyici) istehsalçısıdır. Cəmi 20 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərən şirkətin direktoru Namiq Nəbiyevdir.