“İntercell” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən inzibati xətanın törədilən “Toyota Camry” minik markalı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumat sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə verilməyib.
Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə şirkət 300 manat cərimə olunub.
Qeyd edək ki, dövlətə 82 min manat vergi borcu olan “İntercell” MMC ləğv olunmaq üzrədir. Şirkətin rəhbəri Vüqar Məmmədzadədir.