Azərbaycan Beynəlxalq Bankında (ABB) iki yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Taleh Abbasov Korporativ biznes departamentinin direktoru, Elmin Bayramlı isə Kiçik və orta sahibkarlarla iş departamentinin direktor müavini təyin olunub.
Qeyd edək ki, T.Abbasov 2024-cü ildən yeni təyinata qədər Bankda Korporativ biznes departamentinin direktor müavini, daha əvvəl isə Korporativ müştəri münasibətləri şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2019-cu ildən ABB-də çalışır.
E.Bayramlı isə 2018-ci ildən yeni təyinatadək Korporativ bankçılıq departamentinin direktor müavini vəzifəsində işləyib, daha əvvəllər isə Korporativ kreditləşmə şöbəsinin müdiri və digər vəzifələrdə çalışıb. O, 2006-cı ildən ABB-də fəaliyyət göstərir.
Taleh Abbasov
Elmin Bayramlı