SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Yollarının tikintisini həyata keçirən şirkət nizamnamə kapitalını 4 dəfə azaldıb

Yollarının tikintisini həyata keçirən şirkət nizamnamə kapitalını 4 dəfə azaldıb

  • 29 sentyabr 2026, 12:27

“Caspian Road” MMC nizamnamə kapitalını 4 dəfə azaldaraq 60 010 manatdan 15 002,5 manata endirdiyini elan edib.

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib. Elanda deyilir ki, buna səbəb Cəmiyyətin təsisçiləri olan Əliyev İbrahim Əmiraslan oğlu və “Arafah Group” MMC-nin paylarını götürərək təsisçilikdən çıxmasıdır.

Qeyd edək ki, "Caspian Road" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda avtomobil yollarının tikintisi, əsaslı təmir, yolların salınması və metal konstruksiyaların emalı sahəsində fəaliyyət göstərən şirkətidir. 2020-ci ildə yaradılan şirkətin qanuni təmsilçisi Vüsal Əliyevdir.  Hazırda "Caspian Road" MMC-nin dövlətə 6 min manatdan çox vergi borcu var.

Skat.az - Ev və Avtomobil elanları