SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Maliyyə Nazirliyi yoxlaması nəticəsində məhkəmə “Elit Optimal”ı CƏRİMƏLƏDİ

Maliyyə Nazirliyi yoxlaması nəticəsində məhkəmə “Elit Optimal”ı CƏRİMƏLƏDİ

  • 29 sentyabr 2026, 13:38

“Elit.EO” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Elit Optimal” mağazalar şəbəkəsinin daxil olduğu şirkətdə Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılıb. 

Yoxlama zamanı MMC 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditinin aparmaması müəyyən edilib. 

Bu səbəbdən Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsi tərəfindən “Elit.EO” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib. 

Xətai Rayon Məhkəməsinin qərarı ilə şirkət 1500 manat cərimə olunub.

Qeyd edək ki, "Elit Optimal" (əvvəlki adı ilə "Optimal Elektroniks") Azərbaycanda məişət texnikası, elektronika, smartfonlar və mebel satışı üzrə fəaliyyət göstərən mağazalar şəbəkələrindən biridir. Şəbəkə Gürcüstanın "Elit Electronics" tərəfindən idarə olunur, direktoru Temur Eubidzedir.

Skat.az - Ev və Avtomobil elanları