Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra qalib dövlət kimi köhnə səhifəni bağlamaq və Ermənistanla yeni münasibətləri qurmaq, regionda sülhün, təhlükəsizliyin təmin edilməsi üçün sülh təşəbbüsü ilə çıxış etməyə başladı.
Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə ilə tərəflər arasında sülh gündəliyinə uyğun olaraq intensiv təmaslar başladı.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Yurd.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.
Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi.
Dövlət başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladı, həmin səfər zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğuladı.
Stiv Deynsin Azərbaycana son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlət başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirdi.
Senator Stiv Deyns də öz növbəsində son dövrlərdə ABŞ ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğuladı.
Qonaq, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd etdi.
Stiv Deyns Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Söhbət zamanı TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib.
Yurd.Media xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar.
Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib, növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər.
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra beynəlxalq səfərlərindən danışarkən, gələcəkdə Azərbaycana səfər edə biləcəyini bildirib.
Yurd.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, səsvermədən sonra media nümayəndələrinin suallarını cavablandıran hökumət başçısı qələbə qazanacağı təqdirdə Moskva, Vaşinqton, Brüssel, Paris və Tbilisiyə səfərlər edəcəyini deyib.
"Moskva, Vaşinqton, Brüssel, Paris və Tbilisiyə səfərlərimi davam etdirəcəyəm. Eyni zamanda, ümid edirəm ki, 2028-ci ildə Bakıda keçirilməsi planlaşdırılan "Avropa Siyasi Birliyi"nin sammitində iştirak etmək imkanım da olacaq" - Paşinyan qeyd edib.
Baş nazir, həmçinin regional layihələrin əhəmiyyətini vurğulayaraq hazırda Azərbaycanla sülh prosesinin mövcud olduğunu və açılacaq nəqliyyat marşrutlarının hər iki ölkəyə böyük iqtisadi üstünlüklər qazandıracağını bildirib.
Qeyd edək ki, "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin əsas məqamlarını açıqlayıb.
Yurd.Media xəbər verir ki, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə H.Hacıyev bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi mərhələli şəkildə irəliləyir və bu, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradır.
O bildirib ki, tərəflər arasında iqtisadi-ticarət əlaqələri, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi istiqamətlər üzrə müzakirələr davam edir.
Prezidentin köməkçisi qeyd edib ki, artıq praktiki addımlar müşahidə olunur. O cümlədən tranzit imkanlarının genişlənməsi və bəzi malların daşınması ilə bağlı yeni mexanizmlərin formalaşması bu prosesin tərkib hissəsidir.
O vurğulayıb ki, sülh prosesi çətin və məsuliyyətli mərhələdir, tərəflərin siyasi iradəsi regionda uzunmüddətli sabitlik üçün əsas baza yaradır.
Azərbaycan və Ermənistan nümayəndələri Qəbələdə bir araya gəldi.
Yurd.Media "Trend"ə istinadən xəbər verir ki, "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Qəbələdə Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa işini ikinci sessiya ilə davam etdirib.
Aprelin 10-dan 12-dək keçirilən dəyirmi masada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələri müzakirə olunur.
Görüş 12 aprelədək davam edəcək.
"Sülh Körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun və birbaşa qarşılıqlı əlaqələrin təşviqinə davam edir. Bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə gəlib, delimitasiya və demarkasiya olunmuş sahəni keçərək sərhəd və pasport nəzarətinin bütün müvafiq prosedurlarından keçib.
Qeyd edək ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.
Görüşün gündəliyinə sülh prosesinin cari vəziyyətinin, "Sülh Körpüsü" təşəbbüsü iştirakçılarının öz ölkələrindəki fəaliyyətinin və əldə olunmuş nəticələrin, eləcə də regiondakı vəziyyətin müzakirəsi daxildir.
Ayrı-ayrı sessiyalar cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsinə həsr olunacaq.
Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev iştirak edir.
Azərbaycandan olan iştirakçılar:
1.Fərhad Məmmədov - koordinator, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru.
2.Rusif Hüseynov - Topçubaşov Mərkəzinin direktoru.
3.Ramil İsgəndərli - Milli QHT Forumunun İdarə Heyətinin sədri.
4.Kəmalə Məmmədova - "First News Media" (1news.az) internet portalının baş redaktoru.
5.Fuad Abdullayev - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi.
6.Dilarə Əfəndiyeva - Azərbaycan Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin nəzdində "Qadınlar, sülh və təhlükəsizlik" Mərkəzinin rəhbəri.
7.Könül Bədəlova - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elmi işçisi.
8.Zaur Şiriyev - "Karnegi" Rusiya və Avrasiya Mərkəzinin eksperti.
9.Rauf Ağamirzəyev - nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü.
10.Gülbəniz Qənbərova - "Kənd Qadınları Assosiasiyası" İctimai Birliyinin sədri.
11.Nəzrin Əliyeva - "İnsan Hüquqlarına Dəstək Mərkəzi" İctimai Birliyinin nümayəndəsi.
12.Sənan Rzayev - CBC telekanalının redaktoru və aparıcı siyasi şərhçisi.
13.Emin Əliyev - TREND beynəlxalq informasiya agentliyinin baş redaktoru.
14.Murad Muradov - Topçubaşov Mərkəzinin direktor müavini.
15.Aytən Qəhrəman - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri.
16.İlyas Hüseynov - siyasi analitik.
17.Gülşən Axundova - "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri.
18.Orxan Babayev - Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin əməkdaşı.
19.Orxan Amaşov - "AnewZ" baş redaktor müavini və aparıcısı.
20.Yeganə Hacıyeva - Mətbuat Şurası İdarə Heyətinin üzvü.
Ermənistandan olan iştirakçılar:
1.Areq Koçinyan - koordinator, Ermənistan Şurasının prezidenti.
2.Boris Navasardyan - "Yerevan Mətbuat Klubu"nun fəxri prezidenti.
3.Naira Sultanayan - Demokratiyanın İnkişafı Fondunun direktoru.
4.Narek Minasyan - Ermənistan Şurasının assosiativ eksperti.
5.Samvel Meliksetyan - Ermənistan Şurasının eksperti.
6.Stepan Qriqoryan - Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin İdarə Heyətinin sədri.
7.Edqar Vardanyan - Ermənistan Şurasının assosiativ eksperti.
8.Robert Gevondyan - Ermənistan Şurasının eksperti.
9.Lusine Haratyan - yazıçı və mədəni antropoloq.
10.Nelli Minasyan - tarix elmləri doktoru, dosent, türkologiya üzrə mütəxəssis.
11.Davit Stepanyan - "1in.am" saytının siyasi şərhçisi, Ermənistan Beynəlxalq Təhlükəsizlik və Münasibətlər İnstitutunun eksperti.
12.Ruben Babayan - Yerevan Kukla Teatrının bədii rəhbəri.
13.Eleonora Sarqsyan - sülh və gender məsələləri üzrə ekspert, gənclərlə iş üzrə mütəxəssis.
14.Naira Martikyan - "JAMnews" (Ermənistan) redaktoru, direktoru.
15.Vazgen Karapetyan - "Avrasiya Tərəfdaşlığı" Fondunun direktor müavini.
16.Tatev Danielyan - Ermənistan İctimai Televiziyasının siyasi proqramlar üzrə baş redaktoru, aparıcısı.
17.Armen Petrosyan - regional siyasət üzrə ekspert, "Orbeli" Mərkəzi.
18.Alen Amirxanyan - Akopyan Ekoloji Mərkəzinin (AUA) direktoru.
19. Nelli Rafayelyan - jurnalist, Media Təşəbbüsləri Mərkəzi.
20.Ermənistan İctimai Televiziyasının operatoru.
Ceyhun Bayramovla Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarını ətraflı müzakirə etdik.
Yurd.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Türk şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, görüşdə bütün regional məsələlərə və ikitərəfli münasibətlərə toxunmaq imkanı yarandı:
"Biz həm Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı, həm də Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarını ətraflı müzakirə etdik. Bütün işlərin və sülh danışıqlarının müsbət məcrada davam etdiyini bir daha öyrəndik. Bundan da son dərəcə məmnun olduq".
Qeyd edək ki, Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bir qrup nümayəndə ilə birlikdə Bakıda Türk şəhidliyini ziyarət edib.
Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.



İsveçrədə Sülh Şurasının təsisi ilə bağlı imzalanma mərasimi təşkil olundu.
Yurd.Media xəbər verir ki, Davosda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisi üçün təşkil edilən imzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Prezident İlham Əliyev Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb.
ABŞ Prezidenti Donald Tramp tədbirdə çıxışı zamanı Azərbaycan və Ermənistanı xüsusi qeyd edib:
"Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar. Onlar da buradadırlar", - o bildirib.
Tədbirin sonunda Donald Tramp mərasimdə iştirak edən dövlət başçıları ilə bir-bir görüşüb.



“Ötən ilin avqust ayında iki ölkənin sülh sazişini paraflaması və bununla da otuz ildən çox davam edən müharibə və qan tökülməsinə son qoyması tarixi bir nailiyyət idi”.
Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
“Bu sülh müqaviləsinin unikallığı ondadır ki, o, son qanlı toqquşmadan iki ildən az müddətdə imzalandı. Beləliklə, bu, hər iki tərəfin güclü siyasi iradəsi və sülhə sadiqliyi varsa, nisbətən qısa müddətdə barışa biləcəyinizi göstərir. İmzalananlar bu gün praktik nəticələrə çevrilir. Biz nəinki cəmi beş-altı ay sülh içində yaşayırıq, həm də bu vəziyyətdən zövq alırıq. Nə Ermənistan, nə də Azərbaycan müstəqil ölkə kimi heç vaxt sülh içində yaşamayıb. 1991-ci ildə müstəqil olanda artıq hərbi qarşıdurmada idik. Lakin bu gün sülhün faydaları əməkdaşlığın başlanğıcında öz əksini tapır. Birincisi, Azərbaycandan vacib məhsullar, neft məhsulları daşınır. Və özü də qiymətləri aşağı salır. Beləliklə, bəlkə də iki-üç il əvvəl bu, tamamilə ağlasığmaz idi. Amma bu gün bu, reallıqdır. Və düşünürəm ki, heç nə bu prosesə mane ola bilməz. Daha çox etməli olduğumuz şey, düşünürəm ki, hər iki tərəf sülh içində yaşamağın nəticələrini nümayiş etdirməlidir ki, cəmiyyətlərimizin bu prosesə tam dəstəyinin şahidi ola bilək. Amma mən çox nikbinəm, çünki, əslində, əldə edilənlər Ermənistan, Azərbaycan, Cənubi Qafqaz üçün böyük fayda gətirdi və bu, çox dərin, düşmən münasibətlərdə olan ölkələrin indi əməkdaşlıq mərhələsinə necə çevrildiyinin nümunəsini göstərir”, - deyə dövlət başçısı qeyd edib.
Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə edilib.
Azərbaycan Xarici işlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 19-da ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.
Qeyd olunub ki, 8 avqust Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
C.Bayramov, öz növbəsində, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəsinin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.
Nazirlər, bununla yanaşı, digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh prosesindəki irəliləyişlərdən danışıb.
Yurd.Media xəbər verir ki, o ilin hesabatını təqdim edərkən deyib ki, 2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub.
C. Bayramovun sözlərinə görə, 2025-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilmiş xarici siyasət çox zəngin olub:
"Azərbaycan beynəlxalq müstəvidə mövqeyini gücləndirib, diplomatik təmsilçiliyini genişləndirib. 2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub. Azərbaycan tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, beynəlxalq iqtisadi əməkdaşlıq, vasitəçilik səyləri ölkənin nüfuzunun daha da güclənməsinə töhfə verib".