SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
İlham Əliyev Almaniya kansleri ilə sülh gündəliyini müzakirə edib

İlham Əliyev Almaniya kansleri ilə sülh gündəliyini müzakirə edib

  • 04 dekabr 2025, 22:13

Almaniyanın Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Yurd.Media xəbər verir ki, Fridrix Merts, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.

Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Kansler Fridrix Merts İlham Əliyevi Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merts də dəvəti məmnunluqla qəbul edib.

Prime Leasing
SPE Annual Caspian