SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bakının mərkəzində çuxur asfaltlandı, amma qanunsuz parkinq hələ də qalır

Bakının mərkəzində çuxur asfaltlandı, amma qanunsuz parkinq hələ də qalır

Bakı

Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 67/69 ünvanında (Üzeyir Hacıbəylinin ev-muzeyinin qarşısında) bir aydan artıqdır həllini gözləyən yol problemi aradan qaldırılıb.

Yurd.Media tərəfindən yayılan xəbərdən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ərazidə yol örtüyünü bərpa edib və asfaltlanma işlərini həyata keçirib.

Xatırladaq ki, aprel ayında su və kanalizasiya xəttində baş vermiş qəza nəticəsində yolda çökmə yaranmışdı. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi təmir-bərpa işlərini başa çatdırsa da, 1 aydan artıq idi ki, yol örtüyü bərpa olunmurdu.

Yağan leysan yağışlarından sonra vəziyyət daha da pisləşmiş, yolun səkiyə yaxın hissəsində çuxur əmələ gəlmiş, su xəttinin bir hissəsi üzə çıxmışdı. Ərazi həm piyadalar, həm də nəqliyyat vasitələri üçün təhlükə yaradırdı.

Lakin xəbərdə qeyd olunan, ərazidəki digər problem hələ də qalır. Belə ki, küçədə "Yol hərəkət qaydaları"nın 7:30-20:00 vaxt lövhəli 3.27 nişanının (dayanmaq qadağandır) və üzbəüz səkidə Təhlükəsiz Şəhər kameralarının olmasına əhəmiyyət verilmədən parklanma həyata keçirilir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları