Hesablama Palatasının uzun illərdir ki, təklif etdiyi, mənfəətlə işləyən bütün dövlət müəssisələrinin dividend ödənişinə cəlb edilməsi nəhayət ki, reallaşacaq.
Yurd.Media xəbər verir ki, yeniliyin anonsunu maliyyə naziri Sahil Babayev verib.
Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda çıxış edən nazir deyib ki, gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsinin büdcəyə təxminən 900 milyon manat dividend ödəməsi nəzərdə tutulub.
Xatırladaq ki, hazırda yalnız Dövlət Neft Şirkəti (SOCAR) və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin dividend ödəmək öhdəliyi var.