Prezident İlham Əliyev icra hakimiyyəti başçısı təyinatı ilə bağlı Sərəncam imzalayıb.
Yurd.Media xəbər verir ki, Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Orxan Məmmədov bu təyinatadək Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Dövlət başçısının digər Sərəncamı ilə Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.
Xatırladaq ki, E.Yusubov 2024-cü il martın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.
