SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Gəncədə süni göl 3 il sonra bərpa olundu

Gəncədə süni göl 3 il sonra bərpa olundu

Gəncə

Gəncə şəhərinin Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində yerləşən süni göl yenidən istifadəyə verilib.

Yurd.Medianın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov park kompleksinə gələrək süni göldə yaradılan şəraitlə tanış olub.

Parkın direktoru İlyas Məmmədov şəhər rəhbərinə göldə aparılan təmir-bərpa işləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya” QSC-nin sifarişi ilə göldə təmir-bərpa işləri aparılıb. Layihə çərçivəsində 380 metr uzunluğunda su ötürücü boru xətti çəkilib, 6 hektar əraziyə malik süni gölün yamacları beton tavalarla üzlənib, ətrafı dəmir məhəccərlərlə əhatələnib. Həmçinin göl su ilə doldurularaq yenidən sakinlərin istifadəsinə verilib.

Niyazi Bayramov yaradılan şəraitlə tanış olub, görülən işləri yüksək qiymətləndirərək aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, süni göl 2023-cü ilin yaz aylarında qonşu rayonların ərazisindən gələn sel suları nəticəsində daşaraq ətraf yaşayış məntəqələri üçün təhlükə yaratmışdı. Bundan sonra aidiyyəti qurumlar tərəfindən gölün suyu tamamilə boşaldılmış, dibi lil və palçıqdan təmizlənərək bərpa işlərinə başlanılmışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları