SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
BOKT-a yeni direktor gələndən sonra 400 min manat maya qoyuldu

BOKT-a yeni direktor gələndən sonra 400 min manat maya qoyuldu

  • 28 sentyabr 2026, 14:26

"Payonix" Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC nizamnamə kapitalını artırıb.

Yurd.Media-nın əldə etdiyi xəbərı görə, şirkət nizamnamə kapitalını 400 min manat (və ya 13 %) artıraraq 3 570 000 manata çatdırıb.

Qeyd edək ki, BOKT ötən ay direktorunu dəyişmişdi - Elnur Əliyevin yerinə Zamin Cəfərov təyin olunub.

"Payonix" ötən il 1,3 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 7,5 dəfə çoxdur.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Payonix”i 2022-ci ilin iyun ayında dövlət qeydiyyatına alıb. 2024-cü ilin may ayında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Payonix” MMC bank olmayan kredit təşkilatına lisenziya verilib. Onun nizamnamə kapitalı 3,17 milyon manat, təsisçisi 100 % Fuad Bağırovdur.

Skat.az - Ev və Avtomobil elanları