"Payonix" Bank Olmayan Kredit Təşkilatına yeni direktor təyin olunub.
Yurd.Media-nın əldə etdiyi xəbərı görə, şirkətin direktoru vəzifəsinə Elnur Əliyevin yerinə Zamin Cəfərov təyin olunub.
Qeyd edək ki, "Payonix" ötən il 1,3 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 7,5 dəfə çoxdur.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Payonix”i 2022-ci ilin iyun ayında dövlət qeydiyyatına alıb. 2024-cü ilin may ayında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Payonix” MMC bank olmayan kredit təşkilatına lisenziya verilib. Onun nizamnamə kapitalı 3,17 milyon manat, təsisçisi 100 % Fuad Bağırovdur.
şirkətin əvvəlki direktoru Elnur Əliyev