SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Qida məhsulları distribütoru Şam-Fi CƏRİMƏLƏNDİ

Qida məhsulları distribütoru "Şam-Fi" CƏRİMƏLƏNDİ

  • 01 oktyabr 2026, 12:26

“Sham-Fi International Trading Company” Məhdud Məsuliyyətli Cəmiyyət cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Şam-Fi" şirkətinə məxsus yük daşınmasını yerinə yetirən “İsuzu” markalı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilib. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə protokol tərtib edilib. 

Xətai Rayon Məhkəməsinin qərarı ilə MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində müvafiq inzibati xətanın tərkib əlamətinin olmamasına görə xitam verilib.  

Lakin həmin qərardan səlahiyyətli orqan şikayət verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin verdiyi şikayət təmin edilib və "Şam-Fi" MMC İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 manat cərimə tətbiq edilib.

Qeyd edək ki, "Şam-Fi" İnternational Trading Company 2004-cü ildə təsis edilmiş, Azərbaycanın premium qida məhsulları sahəsində ən böyük distribütor və logistika şirkətlərindən biridir. Şirkətin direktoru Samir Mürsəlovdur. 

Skat.az - Ev və Avtomobil elanları