“Global İn-Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Global İn-Group” MMC tərəfindən 120 150 avro məbləğində vəsait bank vasitəsi ilə 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində o vəsaitdən 106 min avro məbləğində mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Mərkəzi Bank tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 30.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “Global İn-Group” Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi miqdarında, yəni 21 297 avro məbləğində cərimə edilib.
Qeyd edək ki, "Global İn Group" MMC 2012- ci ildən Azərbaycanda stabilizatorlar (təmzimləyici) istehsalçısıdır.