SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Bakı daha bir böyük maliyyə tədbirinə ev sahibliyi edəcək

Bakı daha bir böyük maliyyə tədbirinə ev sahibliyi edəcək

  • 29 sentyabr 2026, 23:24

Bakı daha bir böyük maliyyə tədbirinə ev sahibliyi edəcək.

Yurd.Media xəbər verir ki, Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Dohada keçirilən 11-ci İllik Toplantı çərçivəsində AİİB Müdirlər Şurasının qərarı ilə növbəti İllik Toplantıya ev sahibliyinin Azərbaycana ötürülməsi ilə bağlı təşkil olunan mərasimdə iştirak etdik. Ölkəmizə göstərilən yüksək etimada görə təşəkkürümüzü bildiririk. Bu qərar Azərbaycanın AİİB ilə möhkəm tərəfdaşlığını, ölkəmizin beynəlxalq maliyyə və investisiya platformalarında fəal rolunu əks etdirir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə, yeni investisiya imkanlarının təşviqinə və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə töhfə verəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, AİİB Rəhbərlər Şurasının iclası iyulun 14-15-də Bakıda keçiriləcək.

Skat.az - Ev və Avtomobil elanları