Tanzaniya Azərbaycanın peyk telekommunikasiya xidmətləri ixrac etdiyi ölkələrin ilk 5-liyinə daxil olub.
Bu barədə Yurd.Media-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlumata görə, yanvar-avqust aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) bu ölkəyə 0,4 milyon ABŞ dolları dəyərində xidmət satıb.