SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycan oktyabrda qeyri-neft-qaz ixracını 23% artırıb

Azərbaycan oktyabrda qeyri-neft-qaz ixracını 23% artırıb

  • 12 noyabr 2026, 22:01

Bu ilin oktyabr ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 23% artaraq 0,4 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Yurd.Media-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Məlumata görə, aylıq ixracın 0,1 milyard dolları yeyinti məhsullarının, 0,3 milyard dolları isə qeyri-yeyinti məhsullarının payına düşüb.

Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 4,55% az və 29,9% çoxdur.

Skat.az - Ev və Avtomobil elanları