SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Şahdəniz” yatağı üzrə mənfəət vergisi ödəmələri 12% azalıb

“Şahdəniz” yatağı üzrə mənfəət vergisi ödəmələri 12% azalıb

  • 05 noyabr 2026, 12:30

Bu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” təbii qaz yatağı üzrə mənfəət vergisi ödəmələri 1 539,8 milyon manat təşkil edib.

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% azdır.

Qeyd edək ki, "Şahdəniz" Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir. Nəhəng yatağın sahəsi 140 kvadrat kilometrdən çoxdur.

Yataq 1999-cu ildə kəşf edilib. Yatağda ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.

Skat.az - Ev və Avtomobil elanları