Bu il oktyabrın 1-nə Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasına və bərpasına 23,8 milyard manat xərcləyib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bunun 1,8 milyard manatı bu ilin yanvar-sentyabr aylarının payına düşüb.
Həmin vəsaitin 0,9 milyard manatı su təsərrüfatı, meliorasiya, istilik təchizatı, nəqliyyat, kommunal infrastrukturlarının tikintisinə və yenidən qurulmasına, 0,7 milyard manatı təhsil, səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 0,2 milyard manatı isə müdafiə, hüquq-mühafizə və digər təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.