İqtisadiyyat Nazirliyində yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı nazir Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Emin Soltanov nazirliyin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin Biznes mühitinin inkişafı sektorunun müdiri təyin edilib.
O, bu təyinata qədər Böyük Britaniyada fəaliyyət göstərən Maliyyə Davranışı Təşkilatında (Financial Conduct Authority) çalışıb.
E.Soltanov 2013-2024-cü illərdə də İqtisadiyyat Nazirliyində işləyib və həmin müddətdə Baş məsləhətçi, Daxili Nəzarət Departamentinin Strateji Yol Xəritələri Bölməsinin rəhbəri, eləcə də Daxili Audit Bölməsinin rəhbəri vəzifələrində fəaliyyət göstərib.
Emin Soltanov