2027-ci ildə Azərbaycanda yaşayış minimumunun artım tempi 2026-cı illə müqayisədə 1 manat az olacaq.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, gələn il yaşayış minimumu 14 manat artırılaraq 314 manata çatdırılacaq.
Bu il isə yaşayış minimum ötən illə müqayisədə 15 manat çox – 300 manatdır.
Eyni məbləğ ünvanlı dövlət sosial yardımının verilməsi üçün istifadə olunan ehtiyac meyarına da aiddir.