Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 14,1 min ton yun istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% azdır.
9 ay ərzində Azərbaycanda 11 905,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 1,2% çoxdur.