SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

  • 21 oktyabr 2026, 14:14

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Prezidentin Mətbuat Xidmətindən Yurd.Media-ya bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Söhbət əsnasında Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri məmnunluqla xatırlanıb, səfərin iki ölkə arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.

Dövlət başçıları Azərbaycan ilə Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər.

Skat.az - Ev və Avtomobil elanları