Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 41 708 xarici ticarət iştirakçısı olub.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,65% azdır.
O cümlədən, son 1 ildə xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 36,2% azalaraq 31 172, hüquqi şəxslərin sayı isə 1,1% artaraq 10 536 olub.