SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“AzerGold”da yeni rəhbər təyinatı - FOTO

“AzerGold”da yeni rəhbər təyinatı - FOTO

  • 21 oktyabr 2026, 13:46

“AzerGold” QSC-də yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Rabil Heydərov QSC-də Anbar və Logistika rəhbəri təyin olunub.

O, son illərdə logistika, anbar idarəçiliyi və təchizat zəncirinin inkişafı sahəsində müxtəlif vəzifələrdə çalışıb.

R.Heydərov 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək “AYAN” MMC-də Anbar və Logistika rəhbəri vəzifəsini tutub.

Bundan əvvəl və paralel dövrdə o, "PRO LOG" Training Centerdə təlimçi kimi fəaliyyət göstərib. Bu vəzifədə 2025-ci ilin iyul-noyabr ayları ərzində çalışıb.

A+CO şirkətində isə 2024-2025-ci illərdə çalışıb.

Daha əvvəl Abşeron Logistika Mərkəzində Satınalmalar Departamentinin direktoru olub. O, bu vəzifədə 2023-cü ilin mayından 2024-cü ilin fevralınadək fəaliyyət göstərib.

Skat.az - Ev və Avtomobil elanları