Bu ilin sentyabr ayında Azərbaycan Ermənistandan 95,5 min ABŞ dolları dəyərində mal idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, ötən ay Azərbaycanın Ermənistana ixracının dəyəri isə 5 847 min ABŞ dolları təşkil edib.
Ay ərzində qonşu ölkədən Azərbaycana falqa gətirilib. Azərbaycandan isə qarşı tərəfə həmişəki kimi yanacaq göndərilib.