SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Hökumət gələn ilin büdcəsinə yenidən baxdı

Hökumət gələn ilin büdcəsinə yenidən baxdı

  • 16 oktyabr 2026, 09:42

Azərbaycan hökumət 2027-ci ilin dövlət və icmal büdcələrinin proqnoz göstəricilərinə yenidən baxıb. 

Yurd.Media xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 20 milyon manat artırılaraq 39 254 milyon manata çatdırılıb, xərcləri üzrə proqnoz isə 42 400 milyon manat saxlanılıb. 

Beləliklə, gələn il büdcədə 3 146 milyon manat kəsir yaranmalıdır. 

İcmal büdcənin gəlirləri üzrə proqnoz isə 10,4 milyon manat artırılaraq 47 619,2 milyon manata çatdırılıb, xərcləri üzrə proqnoz isə 9,6 milyon manat azaldılaraq 50 377,1 milyon manata endirilib. Son nəticədə gələn il büdcədə 2 757,9 milyon manat kəsir olmalıdır. 

Skat.az - Ev və Avtomobil elanları