Bu ilin avqust ayının yekununda Azərbaycanda orta aylıq əmək haqqı iyul ayının yekunu ilə müqayisədə 4 manat az olub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ay ərzində orta maaş 1 177 manatdan 1 173 manata düşüb.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.