Bu ilin sentyabr ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 50,2% artaraq 0,4 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Yurd.Media-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlumata görə, aylıq ixracın 0,1 milyard dolları yeyinti məhsullarının, 0,3 milyard dolları isə qeyri-yeyinti məhsullarının payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 17,2% və 47,8% çoxdur.