Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektorunda 71 721,7 milyon ABŞ dolları dəyərində məhsul istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% çoxdur.
9 ayda sektorun ümumi daxili məhsulda payı 70,3% təşkil edib.