Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı reysləri ilə təxminən 650 min sərnişin daşınıb.
Bu barədə Yurd.Media-ya AZAL-dan bildirilib.
Məlumata görə, 9 ayda Bakıdan Naxçıvana və geri 3,2 min reys həyata keçirilib. Bu istiqamətdə ən sıx gün iyunun 15-i olub. Həmin gün 25 reys yerinə yetirilib.