SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Ekspert: “Milli iqtisadiyyatın maliyyələşdirilməsi bankların əlindədir”

Ekspert: “Milli iqtisadiyyatın maliyyələşdirilməsi bankların əlindədir”

  • 15 oktyabr 2026, 17:07

Azərbaycanda maliyyə sektorunun aktivlərinin 94%-i banklarda cəmləşib.

Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.

“Yəni, sektorun digər seqmentlərinin - bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının, milli poçt operatorunun, sığorta, təkrarsığorta və investisiya şirkətlərinin, elektron pul və ödəniş təşkilatlarının ümumi aktivlərdə payı cəmi 6%-dir. Bu da o deməkdir ki, milli iqtisadiyyatın maliyyələşdirilməsi demək olar ki, bankların əlindədir. Sabah bank sektorunda hər hansı problem olsa, bu, bütün iqtisadiyyata təsir edəcək. Odur ki, banklardan kənar, yəni alternativ maliyyə mənbələrinin inkişafı stimullaşdırılmalı, onların maliyyə sektorundakı payı tədricən artırılmalıdır”, - deyə o qeyd edib.

Skat.az - Ev və Avtomobil elanları