“Azərkəndtikinti” ASC-nin səhmdarlarının sabah keçirilməsi nəzərdə tutulan növbəti ümumi yığıncağının vaxtı dekabrın 5-i, saat 11:00-a dəyişdirilib.
Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti bununla bağlı rəsmi mətbuatda elan verib.
Elanda deyilir ki, yığıncaq Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 44 ünvanında olacaq. Səhmdarlar Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin və sədrinin dəyişdirilməsini, eləcə də digər məsələləri müzakirə edəcək.