SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank

Binəqədi rayonu

Binəqədi rayonu (əvvəlki adı: Kirov rayonu) — Bakıda rayon. Mərkəzi Binəqədi şəhər tipli qəsəbəsidir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Kirov rayonu Binəqədi rayonu adlandırılmışdır.[2] 2 oktyabr 2006-cı il tarixli 148-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) verilmişdir.[3]

Tarixi
Binəqədi rayonu 28 aprel 1920-ci il tarixində Kirov rayonu adı ilə yaradılmışdır.[4] 29 aprel 1992-ci ildən Binəqədi rayonu adlandırılmışdır. Rayonun ərazisində yerləşən Kənd Binəqədinin təməli rayon ağsaqqalı Şahmurad Babayev tərəfindən qoyulub.

Coğrafiyası və iqlimi
Rayon şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarımadasının şimal-qərbində yerləşir.

Mədəniyyəti
Rayonda 1957-ci ildə yaradılmış, 450 yerlik N.Nemətov adına Biləcəri Dəmiryolçuların Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evinin nəzdində "Dəmiryolçular" xalq çalğı alətləri ansamblı, "Qatar" rəqs ansamblı, Teatr studiyası, rəssamlıq emalatxanası, peşə kursları və dərnəkləri mövcuddur.

Binəqədi Mərkəzi Mədəniyyət evi

Tamaşaçı zalında oturacaq yerlərinin sayı: 350

Binəqədi qəsəbə Mədəniyyət evi

Xocasən qəsəbə klubu

1941-ci ildən fəaliyyət göstərir. Ümumi sahəsi: 144 m². Tamaşa zalında oturacaqlar: 150 nəfərlik

Mədəniyyət və turizm / Musiqi məktəbləri

F.Əmirov adına 6 saylı onbirillik uşaq incəsənət məktəbi Bakı Şəhər İcra Hakimiyyətinin 12 avqust 1962-ci il, 32/1179№, Mədəniyyət Nazirliyinin 12 sentyabr 1962-ci il, 903№ əmri ilə 1962-ci ildə yaradılmışdır. 11 ixtisas üzrə 79 müəllim çalışır. Məktəbin şagird kontingenti 457 nəfərdi.

11 saylı Uşaq Musiqi Məktəbi

01 noyabr 1957-ci ildə yaradılmışdır. 12 ixtisas üzrə 109 müəllim çalışır. Məktəbin şagird kontingenti 501 nəfərdi.

M.Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbi

1978-ci ildə yaranmışdır. 12 ixtisas üzrə 104 müəllim çalışır. Məktəbin şagird kontingenti 462 nəfərdi.

Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Azərbaycan Respublikası Prezidentinin 3072 saylı 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" haqqında Sərəncamının Tədbirlər Planının 2.1.5 bəndinə uyğun olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Binəqədi rayonunda yerləşən 8 kitabxana bazasında (V.Q.Korolenko adına Mərkəzi Şəhər Gənclər Kitabxanası, 8 mk/r kütləvi kitabxanası, S.Rüstəm adına kütləvi kitabxanası, Biləcəri qəsəbəsi kütləvi kitabxanası, H.Cavad adına kütləvi kitabxanası, Xocasən qəsəbəsi kütləvi kitabxanası, Binəqədi qəsəbəsi uşaq kitabxanası və Ş.Qurbanov adına Binəqədi qəsəbəsi kütləvi kitabxanası) Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılıb.

Kənd Təsərrüfatı muzeyi

Eksponatların sayı: 5211 (əsas fond), 2267 (əlavə fond). 1923-cü ildə yaradılmışdır. Yarandığı gündən muzeyin ekspozisiyası və fondu ardıcıl olaraq təzələnir və respublika kənd təsərrüfatının müasir vəziyyətini, tarixi inkişafını əks etdirən yeni-yeni materiallarla, eksponatlarla zənginləşir. Muzeydə Azərbaycanın kənd təsərrüfatının demək olar ki, bütün sahələri öz əksini tapmışdır.

Hazırda ekspozisiya 500 m² sahəni əhatə edir. Muzey zəngin fonda və müasir standartlara uyğun tərtib olunmuş gözəl ekspozisiyaya malikdir. Muzeydə 5640 foto neqativ, 260 məişət və etnoqrafiya, 37 rəsm əsəri, 35 tətbiqi incəsənət nümunələri və s. vardır. Muzeyin 6 böyük ekspozisiyasında tez-tez sərgilər təşkil olunur.

Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi

Binəqədi faunası Abşeron yarımadasının mərkəzində, Binəqədi kəndindən 1 km cənub-şərqdə bitum yataqlarında 1938-ci ildə Azərbaycan geoloqu Ə.S.Mustafazadə tərəfindən qazıntılar zamanı aşkar edilmişdir. Binəqədi tapıntıları Abşeron yarımadasının Pleystosen faunası, hətta florası haqqında da aydın təsəvvür yaradır. Bitki növlərinin zənginliyi və su ilə əlaqədar olan həşəratların çoxluğu burada şirin su olmasına sübutdur. O vaxt Binəqədi yaxınlığındakı şirin su mənbələrindən biri heyvanların suvatı olmuşdur. Sonralar neftli laylarda gedən dəyişikliklər nəticəsində neft yerin üzərinə çıxmış və şirin su gölünə də axmışdır. Yüngül fraksiyalar buxarlandıqdan sonra gölün dibində, sahilində qalmış qatı neft təbəqəsi tələyə çevrilmiş və buraya su içməyə gələn kərgədan, ibtidai öküz, nəhəng maral kimi güclü heyvanlar belə batıb qalmışlar.

Bakı Elektrik Şəbəkə Yarımstansiya muzeyi

2009-cu ildə yaranıb. İşçilərinin sayı – 2 nəfər.

Ərazisi
Binəqədi rayonunun ərazisi 147,06 km², əhalinin sıxlığı 1 km²–ə 1496 nəfər təşkil edir.

Binəqədi rayonu (keçmiş Kirov rayonu) Bakı şəhər inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarmadasının Şimal-qərbində yerləşir. Rayonun bundan əvvəlki adı Kirov rayonu olmuş, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə "Binəqədi rayonu" adlandırılmışdır. Ərazisi 169,38 km², inzibati mərkəzi Məhəmməd Əmin Rəsulzadə qəsəbəsidir.

Rayonun inzibati ərazisində 4 mikrorayon (6, 7, 8 və 9 mikrorayonlar) və 6 qəsəbə — Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulutəpə və 28 May qəsəbələri mövcuddur.

Əhalisi
2018-ci ilin yanvar ayına olan vəziyyətə əsasən Binəqədi rayonunun əhalisi 264 600 nəfər olmuşdur. Əhalinin 129 888 nəfərini yaxud 49,2 %-ni kişilər, 134 416 nəfərini və yaxud 50,8 %-ni qadınlar təşkil edir. İl ərzində əhalinin təbii artımı 2492 nəfər və ya 1 %, doğulanlar 3637 nəfər, ölənlər 1445 nəfər , nigahların sayı 1889, boşanmaların sayı isə 587 olmuşdur.

İl ərzində rayona daimi yaşamaq üçün gələnlərin sayı 3100 nəfər, rayondan gedənlərin sayı 800 nəfər olmuşdur. Əhalinin miqrasiya artımı 2300 nəfər, ümumi artımı isə 5382 nəfər olmuşdur Əhalinin son siyahıya alınmasına əsasən (2009-cu il) rayon əhalisinin 221 057 nəfərini və ya 92,67 %-ni azərbaycanlılar, 2773 nəfər və ya 1,16 %-ni ləzgilər, 8382 nəfər və ya 3,51 %-ni ruslar, 2359 nəfər və ya 0,99 %-ni tatarlar, 2272 nəfər və ya 0,95 %-ni ukraynalılar, 280 nəfər və ya 0,12 %-ni gürcülər, 522 nəfər və yaxud 0,22 %-ni yəhudilər, 608 nəfər və ya 0,25 %-ni isə digər millətlər təşkil edir.

Rayonda məskunlaşan məcburi köçkünlər 31552 nəfər, onlardan 14 932 nəfəri kişi, 16620 nəfəri qadındır. Rayonun inzibati ərazisində 4 mikrorayon (6, 7, 8 və 9 mikrorayonlar) və 6 qəsəbə — Rəsulzadə, Biləcəri, Binəqədi,Xocəsən, Sulutəpə və 28 May qəsəbələri mövcuddur. Eyni zamanda, rayonda yerli özünü idarəetmə orqanı olan 5 bələdiyyə fəaliyyət göstərir. Mikrorayonların və Dərnəgül yaşayış sahəsinin hüdudlarını əhatə edən Binəqədi Bələdiyyəsi,Rəsulzadə qəsəbəsinin hüdudlarını əhatə edən Rəsulzadə Bələdiyyəsi, Biləcəri qəsəbəsinin hüdudlarını əhatə edən Biləcəri Bələdiyyəsi, Binəqədi qəsəbəsinin hüdudlarını əhatə edən Binəqədi qəsəbə Bələdiyyəsi, Xocəsən, Sulu-təpə, və 28 May qəsəbəsinin hüdudlarını əhatə edən Xocəsən Bələdiyyəsi fəaliyyət göstərir.

İqtisadiyyatı
Rayon ərazisində 95 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunlardan 5-i mədənçıxarma, 85-i emal, 2-si elektrik enerjisi, qaz və buxarlanma, 3-ü isə su təchizatı və tullantıların təmizlənməsi müəssisələridir. Rayonda fəaliyyət göstərən əsas iri sənaye müəssisələrindən neft və qaz çıxarma təyinatlı "Binəqədi Oil Company" Neft Şirkətini, ayaqqabı istehsalı üzrə ixtisaslaşmış "Bot" MMC-ni, əsasən maşınqayırma üzrə ixtisaslaşmış "B.Sərdarov adına Maşınqayırma zavodu"nu, müxtəlif təyinatlı dəmir və polad məhsullarının istehsalı üzrə ixtisaslaşmış "Bakı Poladtökmə"ATSC-ni, müxtəlif növ boyalar istehsal edən "FAB Boya" və "Bilfa Boya" şirkətlərini misal göstərmək olar. Bunlardan əlavə, rayon ərazisində spirtsiz və sərinləşdirici içkilər istehsal edən "Koka-kola Bottlers LTD", "Golden Uoter", "Mars Overseas" kimi iri şirkətlər də fəaliyyət göstərir ki, onların istehsal etdikləri məhsullar bütün respublika ərazisində satılır. Eyni zamanda, rayonda "Akva Park" istirahət və əyləncə kompleksi də fəaliyyət göstərir. Bundan əlavə, paytaxtın möhtəşəm şadlıq saraylarından sayılan "Monte Kristo", "Lido", "Min Bir Gecə" şadlıq sarayları, "Elit" ticarət və istirahət mərkəzi, "Oazis" istirahət mərkəzi rayon əhalisinə və paytaxt sakinlərinə xidmət göstərirlər.

İcbari Sığorta Bürosu hadisədən 10 il sonra vətəndaşı məhkəməyə verdi
Ölkə
22.10.2026 12:21
İcbari Sığorta Bürosu hadisədən 10 il sonra vətəndaşı məhkəməyə verdi
AQTA şadlıq sarayında qonaqların aldadıldığını aşkarladı - VİDEO
Bakı
20.10.2026 21:13
AQTA şadlıq sarayında qonaqların aldadıldığını aşkarladı - VİDEO
Yararsız donuz əti idxal edən şirkət indi də auditə görə CƏZALANDIRILDI
Biznes
17.10.2026 14:32
Yararsız donuz əti idxal edən şirkət indi də auditə görə CƏZALANDIRILDI
“Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
İqtisadiyyat
16.10.2026 12:39
“Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Radio kanalı “Xalq Bank”a 30 min dollar faiz ödəməli olacaq
Biznes
12.10.2026 22:38
Radio kanalı “Xalq Bank”a 30 min dollar faiz ödəməli olacaq
“Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində
Bakı
12.10.2026 14:48
“Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində
Yeni tikililərin damında obyekt inşa olundu - VİDEO
Bakı
10.10.2026 20:28
Yeni tikililərin damında obyekt inşa olundu - VİDEO
“Azəri Med”ə 4 milyon manatlıq sifariş – Naxçıvan səhiyyəsi üçün nə alınacaq?
Sağlamlıq
24.09.2026 21:16
“Azəri Med”ə 4 milyon manatlıq sifariş – Naxçıvan səhiyyəsi üçün nə alınacaq?
Bakıda iki BYD toqquşub - FOTO
Bakı
17.09.2026 23:18
Bakıda iki BYD toqquşub - FOTO
Müştərinin müraciətindən sonra araşdırma başladı – “Kontakt Home” CƏRİMƏLƏNDİ
Ölkə
17.09.2026 19:51
Müştərinin müraciətindən sonra araşdırma başladı – “Kontakt Home” CƏRİMƏLƏNDİ
Sabunçuda marketlər gecə saatlarında SOYULDU – 2 nəfər saxlanıldı
Kriminal
15.09.2026 20:37
Sabunçuda marketlər gecə saatlarında SOYULDU – 2 nəfər saxlanıldı
Lizinq şirkəti iri həcmli borca düşüb
Biznes
15.09.2026 15:29
Lizinq şirkəti iri həcmli borca düşüb
“Azərkəndtikinti”nin rəhbərliyi yenidən formalaşdırılacaq
Biznes
15.09.2026 10:14
“Azərkəndtikinti”nin rəhbərliyi yenidən formalaşdırılacaq
Çörək bişirilən müəssisə CƏZALANDIRILDI - VİDEO
Bakı
09.09.2026 17:44
Çörək bişirilən müəssisə CƏZALANDIRILDI - VİDEO
Bu restoranda saxta araq və sənədsiz ət aşkarlandı - VİDEO
Sağlamlıq
07.09.2026 22:03
Bu restoranda saxta araq və sənədsiz ət aşkarlandı - VİDEO
Səlim Müslümovun daha bir evi yarı qiymətə satışda
Ölkə
05.09.2026 20:52
Səlim Müslümovun daha bir evi yarı qiymətə satışda
Biləcəri enişinə düşən yol tamamilə baglanacaq
Bakı
04.09.2026 23:57
Biləcəri enişinə düşən yol tamamilə baglanacaq
Bakının daha bir ərazisində binalar plana düşür - VİDEO
Ölkə
30.08.2026 08:54
Bakının daha bir ərazisində binalar plana düşür - VİDEO
Binəqədidə “KİA Sportage” ilə “Mercedes” toqquşub
Hadisə
26.08.2026 09:26
Binəqədidə “KİA Sportage” ilə “Mercedes” toqquşub
“Bakı Yüngül Konstruksiya” nizamnamə kapitalını azaldır
Biznes
24.08.2026 09:38
“Bakı Yüngül Konstruksiya” nizamnamə kapitalını azaldır
Bakıda köhnə poliklinika binası tamamilə yandı - VİDEO
Bakı
18.08.2026 13:45
Bakıda köhnə poliklinika binası tamamilə yandı - VİDEO
Bakıda qanunsuz ağac kəsən tikinti şirkətinin maliyyə göstəriciləri pisləşib
Biznes
12.08.2026 16:13
Bakıda qanunsuz ağac kəsən tikinti şirkətinin maliyyə göstəriciləri pisləşib
Kristal-F MTK yarım milyon manat borca düşüb
Biznes
11.08.2026 14:57
"Kristal-F" MTK yarım milyon manat borca düşüb
Keçmiş nazirin evini yarım milyon manata alan tapıldı
Ölkə
06.08.2026 22:59
Keçmiş nazirin evini yarım milyon manata alan tapıldı
Paytaxtda daha bir təkər yanğını - VİDEO
Bakı
31.07.2026 16:04
Paytaxtda daha bir təkər yanğını - VİDEO
Bakıda yaşayış kompleksində içməli suda təhlükəli bakteriya aşkarlandı
Ölkə
31.07.2026 09:03
Bakıda yaşayış kompleksində içməli suda təhlükəli bakteriya aşkarlandı
Sərxoş halda oturduqları taksini qaçırıb ağır qəza törətdilər - MƏHKƏMƏ
Bakı
27.07.2026 22:46
Sərxoş halda oturduqları taksini qaçırıb ağır qəza törətdilər - MƏHKƏMƏ